İmmunlaşdırma Həftəsi yoluxucu xəstəliklərdən qorunmanın əsas vasitələrindən biri olan immunizasiyanın əhəmiyyətinə ictimai diqqəti yönəltmək məqsədi daşıyır.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
Bildirib ki, peyvəndlər hər il milyonlarla insanı xəstəlikdən, əlillikdən və vaxtsız ölümdən qoruyan ən təsirli səhiyyə tədbirlərindən biridir.
İmmunizasiya sayəsində hər il 2-3 milyon insan difteriya, tetanus, göyöskürək, qızılca, parotit və məxmərək kimi infeksion xəstəliklərdən müdafiə olunur.
Dünyada hər bir uşağın ağır fəsadlara səbəb olan xəstəliklərdən peyvənd vasitəsilə qorunmaq hüququ vardır. Bu baxımdan immunlaşdırmanın genişləndirilməsi və gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır.