AZ

Ukrayna Qafqaza silah satacaq: KİMƏ?

Prezidenti Volodimir Zelenski Ukrayna silahlarının Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Qətərə ixracına razılıq verdiyini deyib. 

“Biz artıq üç əsas ölkə ilə-Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Qətərlə 10 illik müqavilələr barədə razılığa gəlmişik. 

Artıq Yaxın Şərq və Fars körfəzindəki 11 ölkədən sorğularımız var və biz tədricən Qafqazı da nəzərdən keçiririk”,-deyə Zelenski bildirib. 

Lakin Ukrayna Prezidenti silah satacaqları Qafqaz ölkəsinin adını açıqlamayıb. 

Ukrayna mediasının məlumatına görə, dronlarla bağlı razılaşmaya müxtəlif Ukrayna silahlarının ixracına dair ən azı 10 fərqli razılaşma daxil olacaq. 

Seçilən
5
1
cebheinfo.az

2Mənbələr