AZ

Media: İran müdafiə və raket proqramlarını ABŞ ilə müzakirə etmir

Bakı, 20 aprel, AZƏRTAC

İranın müdafiə qabiliyyəti, o cümlədən raket proqramı, ABŞ ilə potensial danışıqlarda müzakirə mövzusu deyil.

AZƏRTAC xəbər verir ki, “Reuters” agentliyi bu barədə yüksək vəzifəli İran rəsmisinə istinadla məlumat yayıb. Mənbənin sözlərinə görə, Tehranın nüvə proqramı ilə bağlı tərəflər arasında fikir ayrılıqları qalmaqdadır. O, həmçinin əlavə edib ki, ABŞ-nin İrana qarşı dəniz blokadası “sülh danışıqlarını pozur”.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı genişmiqyaslı əməliyyata başlayıblar. Aprelin 7-də ABŞ Prezidenti Donald Tramp İslam Respublikası ilə 2 həftəlik qarşılıqlı atəşkəs rejiminə nail olub. Aprelin 11-də hər iki ölkənin nümayəndələri İslamabadda bir neçə danışıq keçirib, lakin bir sıra fikir ayrılıqlarına görə münaqişənin uzunmüddətli həlli ilə bağlı razılığa gələ bilməyiblər. ABŞ aprelin 13-də İrana qarşı dəniz blokadasına başlayıb. Yeni danışıqların baş tutub-tutmayacağı hələlik məlum deyil.

Seçilən
19
1
azertag.az

2Mənbələr