İngiltərə Çempionşipində mövsümün ən yaxşı baş məşqçisi bəlli olub.
Msport.az xəbər verir ki, “Koventri”nin çalışdırıcısı Frenk Lempard bu ada sahib çıxıb.
Bu barədə İngiltərə Futbol Liqasının mətbuat xidməti məlumat yayıb.
Lempardın baş məşqçisi olduğu “Koventri” 25 ildən sonra Premyer Liqaya vəsiqə qazanıb.