“Gələcəyin dilini öyrən” qrant layihəsi çərçivəsində Çin dili təlimləri uğurla davam edir.
Layihə çərçivəsində şagirdlərin Çin dilinin ilkin səviyyələri üzrə danışıq, oxu və yazı bacarıqlarının inkişaf etdirilməsi məqsədilə xüsusi təlim proqramı həyata keçirilir. Bu istiqamətdə 8–11-ci sinif şagirdləri üçün interaktiv metodlara əsaslanan dərslər təşkil olunur, dil bacarıqları ilə yanaşı düzgün tələffüz, gündəlik ünsiyyət və sadə mətnlərlə işləmə üzrə praktik tapşırıqlar icra edilir.
Təlimlər zamanı şagirdlərin fəal iştirakı təmin olunur, onların yeni dilə marağının artırılması əsas prioritet kimi diqqətdə saxlanılır.
Qeyd edək ki, “Gələcəyin dilini öyrən” qrant layihəsi Əskərzadə Nəzrin tərəfindən 191 nömrəli tam orta məktəbdə icra olunur. Layihənin əsas məqsədi şagirdlərin xarici dil bacarıqlarını inkişaf etdirmək, beynəlxalq ünsiyyət imkanlarını genişləndirmək və onların gələcək təhsil və karyera planlamasında rəqabətqabiliyyətli kompetensiyalar formalaşdırmaqdır.









