Ayna portalından alınan məlumata görə, ain.az xəbər verir.
“Son irəliləyişlərə baxmayaraq, ölkələr arasında münasibətlərin normallaşdırılması prosesi hələ də dayanıb”
“Ermənistan siyasi və texniki cəhətdən istənilən vaxt Türkiyə ilə sərhədini açmağa hazırdır. İndi hər şey Türkiyə tərəfindən asılıdır”. AYNA.AZ xəbər verir ki, bu sözləri Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan “CNN Turk”ə verdiyi müsahibədə deyib.
Antalya Diplomatik Forumu zamanı diplomat qeyd edib ki, son irəliləyişlərə baxmayaraq, ölkələr arasında münasibətlərin normallaşdırılması prosesi hələ də dayanıb: “Hazırda diqqət Alican sərhəd keçid məntəqəsinə yönəlib və dəmir yolu xidmətinin bərpası üçün texniki işlər davam edir”.
Kostanyan xatırladıb ki, 2022-ci ildə İrəvan və Ankara diplomatik pasport sahibləri və üçüncü ölkə vətəndaşları üçün sərhədləri açmaq barədə razılığa gəliblər və hər iki tərəf bu razılaşmanı dəfələrlə təsdiqləyib.
Qeyd edək ki, Türkiyə ilə Ermənistan arasındakı sərhəd 1993-cü ildən Ermənistanın Azərbaycan ərazilərini işğalı səbəbindən bağlıdır.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.