AZ

İrandakı müharibədə ölənlərin sayı açıqlandı

ABŞ və İsrail rejiminin İslam Respublikasına qarşı başlatdığı son müharibə nəticəsində 3 375 nəfərin ölüb.

“Cebheinfo.az”-ın məlumatına görə, İranın Məhkəmə Tibbi Ekspertizası Təşkilatının rəhbəri Abbas Məscidi belə deyib. 

“Müharibənin əvvəlindən 10 aprel 2026-cı il tarixinin son saatlarına qədər ölənlərin ümumi sayı 3 375 nəfər olub. Bunlardan 2 875-i kişi, 496-sı isə qadındır. Hazırda aldığı yaraların ağırlığı ilə əlaqədar 4 cəsədin şəxsiyyəti müəyyən edilməyib”, - deyə Məcidi bildirib.

“Yaş strukturuna görə, 1 yaşadək 7 ölüm, 1-12 yaş arasında 255 ölüm, 13-18 yaş arasında 121 ölüm, 19-30 yaş arasında 969 ölüm, 31-40 yaş arasında 792 ölüm, 41-50 yaş arasında 639 ölüm, 51-60 yaş arasında 267 ölüm, 61-70 yaş arasında 163 ölüm və 71 və yuxarı yaş arasında 60 ölüm hadisəsi qeydə alınıb”, - məlumatda belə qeyd edilir.

Seçilən
41
cebheinfo.az

1Mənbələr