AZ

Tövləyə girən canavar 30 qoyunu tələf edib

Türkiyədə tövləyə girən canavar 30 qoyunu tələf edib.

Day.Az xəbər verir ki, hadisə Malatyanın Arguvan rayonuna bağlı Paçikan məhəlləsinin Bozburun yaşayış məntəqəsində gecə saatlarında baş verib.

Belə ki, hadisə nəticəsində təxminən 30 qoyun tələf olub, 15 heyvan isə yaralanıb.

Məlumata görə, hadisə gecə saatlarında baş verib və səhər açılanda aşkar edilib. Yerli sakinlərin bildirdiyinə əsasən, canavarın tövləyə girdiyi ehtimal olunur.

Hadisə ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma başladılıb.

Seçilən
53
day.az

1Mənbələr