AZ

Rusiyaya GÖRÜNMƏMİŞ HÜCUM: Zavodlar, gəmilər, anbarlar MƏHV edildi – TV Musavat

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiyanın Tuapse şəhərində neft emalı zavodu və neft anbarı, Sevastopolda iki böyük desant gəmisi və Donetskdə sursat anbarlarının məhv edildiyini açıqlayıb. Baş Qərargahın sosial media hesabında bildirilib. Hədəflərin aprelin 20-də Ukrayna Müdafiə Qüvvələrinin bölmələri tərəfindən vurulduğu bildirilib.

Rusiyanın Krasnodar diyarının Tuapse şəhəri yaxınlığında neft məhsulları dənizə sızıb. Krasnodar diyarının operativ qərargahı məlumat yayıb. Çirklənmiş ərazinin sahəsi 10 min kvadrat metr təşkil edir. Hadisənin aprelin 16-da gecə dəniz terminalının infrastrukturuna dron hücumunun nəticəsində baş verdiyi güman edilir. Sızmanın daha geniş areala yayılmasının qarşısını almaq üçün tədbirlər görülür. Neft məhsullarının Tuapse çayına da sızdığı məlum olub. Lakin çayda sızmanın qarşısı alınıb.

TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu gündəmi İranşünas, siyasi şərhçi Sədrəddin Soltanla müzakirə edir.

https://www.facebook.com/tvmusavat

https://www.youtube.com/@musavattv

Seçilən
28
musavat.com

1Mənbələr