Bakı. Trend:
İsveçrə bərpaolunan enerji sahəsində Azərbaycana öz bilik vətəcrübələrini təqdim edə bilər.
Bu barədə Trend-əözəl müsahibəsində İsveçrənin Xarici İşlər üzrə FederalDepartamentinin Avrasiya şöbəsinin rəhbəri, səfir Pyer-İv FüksAzərbaycana etdiyi son səfərinin yekunlarına dair bildirib.
“Səfərim zamanı Azərbaycanın xarici işlər naziri CeyhunBayramovla görüşmək, həmçinin həmkarımla siyasi məsləhətləşmələraparmaq şərəfinə nail oldum. Müzakirələrimizin mərkəzindəikitərəfli siyasi, iqtisadi və ticarət münasibətlərini əhatə edəngeniş məsələlər spektri dayanırdı. Biz həmçinin regionaltəhlükəsizlik məsələləri, Azərbaycan və Ermənistan arasındanormallaşma prosesi, eləcə də postmünaqişə vəziyyətinin aspektləridaxil olmaqla, cari regional proseslərə toxunduq. Bu perspektivlərİsveçrə üçün böyük əhəmiyyət daşıyır. Buna görə də mən həmçininİrəvana səfər etdim”,- deyə o qeyd edib.
Pyer-İv Füks bildirib ki, Azərbaycan və İsveçrə uzunmüddətli,etimada əsaslanan və dinamik münasibətləri qoruyub saxlayır.
“Dövlət başçıları və nazirlər arasında mütəmadi olaraq yüksəksəviyyəli təmaslar həyata keçirilir ki, bu da davamlı dialoqu təminedir. Biz həmçinin, Bretton-Vuds institutları çərçivəsində vəbeynəlxalq əməkdaşlıq sahəsində onilliklər boyu uğurlutərəfdaşlıqdan faydalanırıq. Bildiyiniz kimi, ötən il İsveçrəAzərbaycanın qeyri-neft məhsullarının əsas ixrac istiqamətlərindənbirinə çevrilib. Bu o deməkdir ki, İsveçrə neft-qaz sektorundankənarda Azərbaycan ixracı üçün ən sürətlə böyüyən bazar olub.Beləliklə, ölkəm Azərbaycanının ixracın şaxələndirilməsiistiqamətində səylərini dəstəkləyir.
Bir halda ki, Azərbaycan Şərq və Qərb arasında körpü kimigetdikcə daha önəmli rol oynayır, eləcə də onun coğrafi mövqeyinəzərə alınmaqla, ölkə tranzit və nəqliyyat layihələrinin vacibhissəsinə çevrilib. Nəticədə, İsveçrə şirkətlərinin Azərbaycanamarağının artdığını müşahidə edirik”, - deyə o əlavə edib.
Səfir Pyer-İv Füks iki ölkə arasında bərpa olunan enerji, enerjisəmərəliliyi və iqlim texnologiyaları sahələrində əməkdaşlıqimkanlarına da toxunub.
“Bakıda son görüşlərimizdən əvvəl də qeyd etdiyiniz sahələrinAzərbaycan hökumətinin prioritetləri sırasında olduğunu bilirdim.Hər iki ölkə bu istiqamətlərdə güclü və bir-birini tamamlayanüstünlüklərə malikdir. İsveçrə qabaqcıl “yaşıl” texnologiyalar,innovasiyalar və dayanıqlı maliyyə imkanları təklif edir,Azərbaycan isə bərpa olunan enerji üzrə böyük potensiala və enerjisektorunun transformasiyası istiqamətində strateji məqsədlərəmalikdir. İsveçrə qarşılıqlı faydalı enerji keçidinin təminedilməsi və bunun hər iki tərəf üçün səmərəli tərəfdaşlığaçevrilməsi üçün öz nou-hau imkanlarını təqdim edə bilər”, - deyə ovurğulayıb.
Pyer-İv Füks qeyd edib ki, İsveçrə müxtəlif sahələrdə zəngintəcrübəyə malikdir və həm ənənəvi, həm də yeni sektorlar üzrəİsveçrə şirkətlərinin Azərbaycanda fəaliyyətinin genişləndirilməsiüçün açıq potensial mövcuddur.
“Ekoloji texnologiyalar, təhsil, tədqiqat və innovasiya sahələriİsveçrənin qlobal səviyyədə tanınmış ekspertizaya malik olduğuistiqamətlərdir. Bu sahələrdə qərarlar maraqlı tərəflər tərəfindənqəbul edilir. Hakimiyyət orqanları, diplomatlar və digər rəsmişəxslər çərçivə şərtlərinin yaxşılaşdırılması və əməkdaşlığıntəşviqi üçün maksimum səviyyədə qarşılıqlı fəaliyyət göstərirlər”,- o bildirib.
İsveçrə ilə Azərbaycan arasında birbaşa aviareyslərin açılmasıperspektivlərinə toxunan səfir bildirib ki, ölkəsi belə reyslərinbərpasını alqışlayardı.
“Xatırlayıram ki, keçmişdə bu cür uçuşlar mövcud idi. İsveçrəninBakıdakı səfirliyi də bu məsələni aidiyyəti qurumlarla keçiriləngörüşlərdə müzakirə edib. Aydındır ki, birbaşa reyslər işgüzarəlaqələrin və insanlararası təmasların inkişafı üçün daha əlverişlişərait yaradır. Bununla belə, aviaşirkətlər öz kommersiyamaraqlarını rəhbər tuturlar və birbaşa reyslərin açılması ilə bağlıqərar da məhz onlara məxsusdur. Öz növbəsində, İsveçrə hökumətiikitərəfli münasibətlərin bütün sahələr üzrə inkişafına töhfə verənistənilən təşəbbüsü dəstəkləməyə hazırdır”, - deyə o əlavəedib.