AZ

Hindistan Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyi üçün İranla təmasları davam etdirir » AzadMedia.az

Hindistan


Hindistan hakimiyyəti Hörmüz boğazı vasitəsilə hind gəmilərinin təhlükəsiz keçidini təmin etmək məqsədilə İran və digər tərəflərlə dialoqu davam etdirir.

Bu barədə Hindistan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Randhir Caysval açıqlama verib. Onun sözlərinə görə, Nyu-Dehli regionda dəniz daşımalarının təhlükəsizliyini təmin etmək üçün Tehranla daimi əlaqə saxlayır.

Rəsmi nümayəndə son günlər boğaz yaxınlığında hind gəmilərinə atəş açılması ilə bağlı insidentə də münasibət bildirib. O qeyd edib ki, Hindistan hadisəyə kəskin reaksiya verib. Bu çərçivədə İranın Hindistandakı səfiri XİN-ə çağırılıb və ona narahatlıq ifadə olunaraq ekipajların təhlükəsizliyinin və sərbəst tranzitin təmin edilməsinin vacibliyi vurğulanıb.

İran tərəfi isə məsələnin aidiyyəti qurumlara çatdırılacağını bildirib. Hindistan öz gəmilərinin təhlükəsizliyinin qorunması üçün müvafiq strukturlarla koordinasiyanı davam etdirir.

Seçilən
17
1
azadmedia.az

2Mənbələr