AZ

Quba Qonaqkənd yolunda son durum açıqlandı: Əsl vəziyyət belədir

ain.az bildirir, Yenisabah portalına istinadən.

Quba-Qonaqkənd istiqamətində yolun vəziyyəti ilə bağlı yayılan məlumatlara Quba Rayon İcra Hakimiyyəti aydınlıq gətirib.

Qurumdan "Yeni Sabah" a verilən məlumata görə, hazırda yolda təmir-bərpa işləri davam edir:

"Hazırda əraziyə alternativ yolun çəkilişi davam edir. Mövcud şəraitə görə iri və yük maşınlarının hərəkətində müəyyən çətinliklər yaşansa da, nəqliyyatın hərəkəti üçün müvəqqəti yollar mövcuddur. Ərzaq təminatı yaxın ərazilərdən təşkil olunur. Qəsəbədə fəaliyyət göstərən mağaza vasitəsilə əsas tələbat malları təmin edilir və ətraf kəndlər də buradan istifadə edə bilir”.

Kənddə məktəblər də fəaliyyətini davam etdirir:

“Təhsil müəssisələri fəaliyyət göstərir, məktəblərdə dərslər davam edir və bu sahədə də ciddi problem yoxdur. Elektrik enerjisi təminatı mövcuddur, lakin qaz təchizatı sürüşmə nəticəsində dayandırılıb.

Səhiyyə xidməti də təmin olunub. Ərazidə sahə xəstəxanası fəaliyyət göstərir və həkimlər əhaliyə xidmət göstərir. Zəruri hallarda xəstələrin daşınması üçün nəqliyyat vasitələri mövcuddur. Yolun bərpası istiqamətində işlər davam etdirilir. Sürüşmə aktivliyinin qarşısının alınmasından sonra əsas yolun istifadəyə verilməsi planlaşdırılır. Alternativ yolun çəkilişi də davam edir və hava şəraitindən asılı olaraq işlərin daha sürətli başa çatdırılması gözlənilir. Ümumilikdə, vəziyyət nəzarət altındadır və bütün zəruri tədbirlər görülür”.

Aytəkin Əzizqızı 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
28
2
yenisabah.az

2Mənbələr