AZ

Bu bürclər texnikasız yaşaya bilmir TOP 3 siyahı

ain.az, Olke.az portalına istinadən məlumat yayır.

Astroloqlar rəqəmsal dünyaya xüsusi marağı ilə seçilən və texnologiya mağazalarını demək olar ki, “ikinci evi”nə çevirən 3 kişi bürcünü açıqlayıb.

Ölkə.az xəbər verir ki, yeni nəsil prosessorlardan ən son smartfon modellərinə qədər bütün detalları əzbər bilən bu bürclər texnologiya marketlərinin ən sadiq müştəriləri hesab olunur.

Bəs əlindəkilə kifayətlənməyib daim “ən üst model”i hədəfləyən, qazancını texnoloji yeniliklərə xərcləməkdən çəkinməyən bu bürclər hansılardır?

1. Dolça bürcü kişisi – gələcəyin texnologiyası onun əlindədir

Zodiakın ən vizyoner bürclərindən biri olan Dolça üçün texnologiya lüks deyil, ehtiyacdır. O, hələ bazara yeni çıxmış, hətta prototip mərhələsində olan cihazları belə izləyir. Texnologiya mağazasında çalışanlardan daha məlumatlı olması sizi təəccübləndirməsin.

2. Əkizlər bürcü kişisi – sürət və ünsiyyət ustası

Əkizlər üçün sürət hər şey deməkdir. Dünyayla əlaqəni itirməmək üçün ən sürətli internetə, ən yaxşı kameraya və ən güclü kompüterə sahib olmağa çalışır. Sosial media və rəqəmsal trendləri qaçırmamaq üçün texnologiya mağazalarının ən maraqlı müştərilərindəndir.

3. Qız bürcü kişisi – detalçı və funksionallıq axtaran

Qız bürcü yalnız görünüşə görə deyil, ən səmərəli məhsulu tapmaq üçün texnologiya mağazalarına üz tutur. Hər hansı cihazı almadan əvvəl günlərlə onun texniki xüsusiyyətlərini araşdırır, mağazada isə mütləq test etmədən qərar vermir. Onun üçün texnologiya həyatı daha mükəmməl etmək vasitəsidir.

Həmidə İbrahimova

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
30
21
olke.az

10Mənbələr