Demokrat.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Ölkə ərazisində sabah axşama doğru yağıntıların tədricən kəsiləcəyi, aprelin 22-si hava şəraitinin dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır.Demokrat.az xəbər verir ki, bunu AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.O deyib ki, yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimalı var.Yəni, ölkədəki yağışlı hava sabah axşamdan etibarən dayanacaq və növbəti gün hava mülayimləşəcək. Lakin yağan güclü yağışlar səbəbindən dağlıq rayonlardakı çaylarda suyun səviyyəsi qalxa bilər və sel təhlükəsi yarana bilər.Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.