AZ

AFFA rəsmisi açıqladı: İnqilab Məmmədov səhv qərar verib - Video

style='margin-bottom:10px;'>

AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Misli Premyer Liqasının 28-ci turunda qeydə alınan mübahisəli epizodlarla bağlı fikirlərini bildirib.

QOL.az xəbər verir ki, o, "Araz-Naxçıvan" - "Turan Tovuz", "Zirə" - "Neftçi" və "Qarabağ" - "Sabah" matçları olmaqla ümumilikdə 3 qarşılaşmada qeydə alınan epizodlarla bağlı fikirlərini bölüşüb.

R.Həsənov FİFA referilərindən İnqilab Məmmədovun "Zirə" - "Neftçi" oyununda məhz "Neftçi"nin də sərt reaksiya verdiyi həmin epizodda yanlış qərar verdiyini bildirib.

Bundan başqa, R.Həsənov "Qarabağ" - "Sabah" matçında baş hakim Elçin Məsiyevin 90-cı dəqiqədə yanlış qərar verdiyini bildirib.

Rəhim Həsənovun epizodları təhlil etdiyi həmin videonu təqdim edirik:

Seçilən
36
5
teleqraf.com

10Mənbələr