AZ

Mərkəzi Komandanlıq: Blokada başlayandan bəri ABŞ qüvvələri 27 gəmiyə geridönmə göstərişi verib

Vaşinqton, 20 aprel, AZƏRTAC

İran limanlarına və sahil ərazilərinə daxil olan və ya çıxan gəmilərə qarşı blokadanın başlanmasından bəri ABŞ qüvvələri 27 gəmiyə geri dönməyə və ya İran limanına qayıtmağa göstəriş verib.

AZƏRTAC-ın məlumatına görə, bu barədə ABŞ Mərkəzi Komandanlığı məlumat yayıb.

Qeyd edək ki, ABŞ blokadası aprelin 13-dən qüvvədədir.

Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
Seçilən
27
azertag.az

1Mənbələr