Vaşinqton, 20 aprel, AZƏRTAC
İran limanlarına və sahil ərazilərinə daxil olan və ya çıxan gəmilərə qarşı blokadanın başlanmasından bəri ABŞ qüvvələri 27 gəmiyə geri dönməyə və ya İran limanına qayıtmağa göstəriş verib.
AZƏRTAC-ın məlumatına görə, bu barədə ABŞ Mərkəzi Komandanlığı məlumat yayıb.
Qeyd edək ki, ABŞ blokadası aprelin 13-dən qüvvədədir.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton