AZ

Hörmüzdə gəmilərin sərbəst hərəkəti təmin olunmalıdır – Si Cinpin

Bakı. Trend:

Hörmüz boğazında gəmilərin hərəkəti sərbəst olmalıdır. Bu YaxınŞərq regionundakı bütün ölkələrin maraqlarına uyğundur.

Trend xaricimediaya istinadən xəbər verir ki, bunu Çin Xalq Respublikasınınsədri Si Cinpin Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmmədbin Salman ilə telefon danışığı zamanı bildirib.

“Hörmüz boğazı normal gəmiçilik üçün açıq qalmalıdır, bu regionölkələrinin və beynəlxalq ictimaiyyətin ümumi maraqlarına cavabverir”, – deyə Çin lideri vurğulayıb.

Si Cinpin həmçinin, Yaxın Şərqdə münaqişə tərəflərini dərhalatəşkəsə çağırıb.

O qeyd edib ki, Çin Yaxın Şərq ölkələrində mehriban qonşuluq,təhlükəsizlik və əməkdaşlıq mühitinin qurulmasını dəstəkləyir.

Məqalədə:
Seçilən
26
2
az.trend.az

3Mənbələr