AZ

“Threads” yenilənir

“Threads”in veb versiyası üçün yeni dizayn test edilir. Yenilənmə çərçivəsində istifadəçilərin uzun müddətdir gözlədiyi bir xüsusiyyət olan DM, nəhayət vebə əlavə olunur.

Threads-in rəhbəri Connor Hayes tərəfindən təqdim edilən yeni dizayn istifadəçilər üçün daha rahat naviqasiya imkanı yaradır. Sol menyuda (left rail) artıq saxlanılan paylaşımlar, statistika (insights), aktivlik və müxtəlif lentlər arasında keçid kimi qısa yollar yer alacaq. Bu funksiyalar əvvəllər də mövcud olsa da, tapılması çətin idi. Ən vacib yenilik isə “Threads inbox”nun veb versiyaya əlavə olunmasıdır. İndiyə qədər istifadəçilər birbaşa mesajlara yalnız mobil tətbiq vasitəsilə daxil ola bilirdilər.

Bundan əlavə, mobil tətbiqdə də bəzi dəyişikliklər edilir. Yeniləməyə əsasən, paylaşımlara verilən cavablar bir qədər içəri çəkilmiş formada göstəriləcək ki, bu da müzakirələri izləməyi asanlaşdıracaq. Bu funksiya artıq iOS-da istifadəyə verilib, Android üçün isə test mərhələsindədir.

Yeni dizaynın nə vaxt bütün istifadəçilər üçün əlçatan olacağı hələ dəqiq bilinmir.

Ülkər XASPOLADOVA,

“Azərbaycan”

Seçilən
38
azerbaijan-news.az

1Mənbələr