Bakı. Trend:
2015-ci ildə Azərbaycan ilə Çexiya arasında Strateji tərəfdaşlıqüzrə Birgə Bəyannamənin imzalanmasından sonra iki ölkə arasındamünasibətlər ardıcıl şəkildə inkişaf edir.
Trend xəbər verir ki, bubarədə Azərbaycan Respublikası Prezidentin xüsusi tapşırıqlar üzrənümayəndəsi Elçin Əmirbəyov Çexiyaya səfəri çərçivəsində "Euro"jurnalına müsahibəsində bildirib.
Müsahibədə Azərbaycan–Çexiya əməkdaşlığı, Orta Dəhlizin artanəhəmiyyəti və Azərbaycanın Avropa ilə Asiya arasında mühümnəqliyyat qovşağına çevrilməsi məsələləri müzakirə olunub.
Əmirbəyov vurğulayıb ki, Orta Dəhliz Avropanın yeni bazarlaraçıxışı baxımından getdikcə daha böyük əhəmiyyət qazanır. Onunsözlərinə görə, Cənubi Qafqaz regionu və Azərbaycan bu marşrutunəsas hissəsini təşkil edir və Avropa ilə Asiya arasında bağlantınıngücləndirilməsində mühüm rol oynayır.
Müsahibədə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasıprosesinə də toxunulub. Qeyd edilib ki, uzun illər davam edənmünaqişədən sonra regionda yeni reallıqlar formalaşıb vənəqliyyat-kommunikasiya əlaqələrinin bərpası sülhünmöhkəmləndirilməsinə xidmət edə bilər. Bu baxımdan, regionalbağlantıların açılması Cənubi Qafqazın iqtisadi potensialınıartıran əsas amillərdən biri kimi qiymətləndirilir.
Eyni zamanda, Avropa İttifaqının infrastruktur layihələrindəiştirakı məsələsi də gündəmə gəlib. Bildirilib ki, münaqişədənəvvəl mövcud olmuş, lakin sonradan yararsız vəziyyətə düşmüştəxminən 174 kilometrlik dəmir yolunun bərpası nəzərdə tutulur.Qeyd olunub ki, bu cür layihələrə beynəlxalq maliyyə dəstəyinincəlb edilməsi nəqliyyat dəhlizlərinin inkişafı ilə yanaşı, regiondauzunmüddətli sabitliyə də töhfə verə bilər.