AZ

Məhsul bol, qiymət isə ucuzdur: Bərdədə yerkökü yığımına başlanıbVİDEO

Bərdə rayonunun Soğanverdilər kəndində yerkökü yığımına başlanıb.

Xezerxeber.az-ın məlumatına görə, məhsul bol, qiyməti aşağı, satışı isə zəifdir.

Fermerlər deyirlər ki, ötən ilə nisbətən satış xeyli zəifləyib, bazarda qiymətlər isə aşağı düşüb. Onlar bu vəziyyəti əsasən xaricdən idxal olunan yerkökünün bazarda bolluq yaratması ilə əlaqələndirirlər.

Kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlikdən də bildirildi ki, bu il satışın zəif olması fermerləri çətin vəziyyətdə qoyub.

Təsərrüfat sahibləri bildirirlər ki, bu il sahələrdən keyfiyyətli məhsul əldə etsələr də, mövcud bazar qiymətləri onların xərclərini ödəmir. Hazırda yerində satış qiyməti 50 qəpikdir.

Təsərrüfat sahiblərinin narahatlığı ondan ibarətdir ki, məhsul yığımı artdıqca qiymət bir qədər də enə bilər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
71
xezerxeber.az

1Mənbələr