AZ

Sakinlər mənzillərinə çıxarış ala bilmirlər: Problem niyə olunmur?

ain.az, Baku.ws portalına istinadən məlumatı açıqlayır.

Nizami rayonu, Babək prospekti, 87 ünvanında yerləşən binada yaşayan sakinlər bildirirlər ki, altı ildir mənzillərinə çıxarış ala bilmirlər.

Onların sözlərinə görə, dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, problem hələ də öz həllini tapmayıb.

Sakinlər deyirlər ki, çıxarışın olmaması onların mülkiyyət hüquqlarının tam şəkildə rəsmiləşdirilməsinə mane olur və bu da gündəlik həyatlarında ciddi çətinliklər yaradır.

"Dövlət bilmir ki, 214 mənzildə yaşayan sakinlər quldurdurlar, ya kimdirlər", "Övladım artıq məktəb yaşına çatıb, amma qeydiyyatım yoxdur deyə onu yaxın ərazidəki məktəbə qoya bilmirəm", - deyə sakinlər narazılıqlarını bildiriblər.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
14
1
baku.ws

2Mənbələr