AZ

Bakıda yol çökdü -

Hərəkətin intensiv olduğu ərazidə yolun bir hissəsi çöküb. Bu da pik saatlarında sürücülər üçün çətinlik yaradıb.Metbuat.az "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonu, Salamzadə küçəsinin yardımçı yolunda, ''Xutor'' istiqamətində gedən ərazidə baş verib. İntensiv yağışlardan sonra yolda səkiyə yaxın hissə qəfildən çöküb. Sakinlər bildirirlər ki, çökmə baş verən kimi aidiyyəti qurumlara məlumat verilib. Əraziyə texnika və canlı qüvvə cəlb edilib.İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən ''Xəzər Xəbər''ə bildirildi ki, yağış kollektorunun təmiri və bərpası istiqamətində işlər görülür. Tam yekunlaşdıqdan sonra aidiyyəti quruma məlumat veriləcək və yol asfaltlanacaq.Daha ətraflı videda:


Seçilən
16
1
metbuat.az

1Mənbələr