AZ

Avropa çempionatı: İki Azərbaycan güləşçisi bürünc medal uğrunda yarışacaq

Azərbaycanın yunan-Roma güləşçiləri Beka Kandelaki (130 kq) və İslam Abbasov (87 kq) Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatının bürünc medalı uğrunda mübarizə aparacaqlar.

"Yeni Sabah" xəbər verir ki, B.Kandelaki yarımfinalda macarıstanlı Dariuş Viteklə mübarizə aparıb.

Görüşdə 1:1 hesabı qeydə alınsa da hakimlər əlavə göstəricilərə görə D.Viteki qalib elan ediblər.

İslam Abbasov (87 kq) isə yarımfinalda bolqarıstanlı Semyon Novikova 0:4 hesabı ilə uduzub.

Həmçinin 1/4 finalda Emin Səfərşayevə (UWW) uduzan Rəşad Məmmədov (55 kq) rəqibi finala yüksəldiyi üçün təsəlliverici görüşə çıxacaq.


Telegram kanalımız
Seçilən
18
4
yenisabah.az

5Mənbələr