Vaşinqton, 21 aprel, AZƏRTAC
ABŞ-nin əmək katibi Lori Çavez-Deremer Tramp administrasiyasını tərk edir.
AZƏRTAC-ın məlumatına görə, bu barədə Ağ Ev məlumat yayıb.
Ağ Evin kommunikasiya direktoru Stiven Çyun bildirib ki, Çavez-Deremer özəl sektorda vəzifəyə başlayacaq.
Onun sözlərinə görə, departamentin müavini Kit Sonderlinq müvəqqəti olaraq əmək katibi vəzifəsini icra edəcək.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton