AZ

Piyada keçidində faciə: avtomobil 58 yaşlı kişini vuraraq öldürdü

Pirallahıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Day.Az-ın məlumatına görə, hadisə aprelin 19-u saat 21:35 radələrində Pirallahı-Qala yolunun Dübəndi bağ massivində qeydə alınıb.

 

Belə ki, "Mersedes" markalı avtomobili idarə edən 1988-ci il təvəllüdlü İntizar Umudov piyada keçidindən yolu keçən 1968-ci il təvəllüdlü Alətdin Salmanovu vurub.

Nəticədə piyada hadisə yerində həyatını itirib.

Seçilən
8
5
day.az

6Mənbələr