AZ

BƏƏ-dən ABŞ-a yuan xəbərdarlığı: Dollara zərbə vurula bilər

Birləşmiş Ərəb Əmirlikləri Yaxın Şərqdəki münaqişə fonunda mümkün maliyyə dəstəyi ilə bağlı ABŞ ilə danışıqlara başlayıb.

Musavat.com xəbər verir ki, məlumatı "The Wall Street Journal" (WSJ) qəzeti BƏƏ və Amerika rəsmilərinə istinadən yayıb.

Qəzetin məlumatına görə, BƏƏ nümayəndələri danışıqlar zamanı Amerika rəsmilərinə bildiriblər ki, dollar çatışmazlığı yaranarsa, ölkə neft satışı və digər əməliyyatlar üçün Çin yuanından və ya digər valyutalardan istifadə etməyə məcbur ola bilər.

Qeyd olunur ki, BƏƏ başqa valyutaya keçərsə, bu, qismən neft əməliyyatlarında istifadəsinə görə qlobal valyutalar arasında dominant mövqe tutan ABŞ dolları üçün gizli təhlükə yarada bilər.

WSJ vurğulayır ki, Əmirlik dirhəmi dollara bağlıdır və təxminən 270 milyard dollarlıq valyuta ehtiyatları ilə dəstəklənir.

Musavat.com

Seçilən
80
45
musavat.com

10Mənbələr