AZ

Tramp İranla danışıqları belə pozur

ABŞ prezidenti Donald Trampın İranla aparılan danışıqlarla bağlı ardıcıl ictimai açıqlamaları prosesə zərər verir.

Publika.az xəbər verir ki, bu barədə CNN-ə danışan mənbələr bildirib.

Məlumata görə, danışıqlar irəliləyişə yaxın olduğu vaxt Tramp sosial media və müsahibələrdə İranın bütün mübahisəli məsələlərə, o cümlədən zənginləşdirilmiş urandan imtinaya razılaşdığını iddia edib. İran rəsmiləri bu açıqlamaları dərhal təkzib edib.

ABŞ rəsmiləri qeyd edir ki, prezidentin çıxışları həssas mərhələdə olan danışıqlarda Vaşinqtona olan etimadı daha da azaldıb.

Ağ Evin sözçüsü Karolin Leavitt isə Trampın danışıqlar strategiyasını müdafiə edərək, ABŞ-ın İranla “heç vaxt bu qədər yaxşı razılaşmaya yaxın olmadığını” bildirib.

Seçilən
2
publika.az

1Mənbələr