AZ

Ağcabədidə qəza: ÖLƏN VƏ YARALANANLAR VAR

Ağcabədi rayonu ərazisində ağır yol qəzası baş verib.

 

"Report"un xəbərinə görə, hadisə Hindarx qəsəbəsində qeydə alınıb.

 

Belə ki, "VAZ-2107" markalı minik avtomobili ilə "KamAZ" markalı yük maşını toqquşub.

 

Qəza nəticəsində minik avtomobilinin sürücüsü Gündüz Süleymanov hadisə yerində keçinib.

 

Mərhumun avtomobilində olan iki nəfər isə ağır bədən xəsarətləri alıblar. Yaralılar Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. 

 

Faktla bağlı araşdırma aparılır.

Seçilən
32
8
senzor.az

9Mənbələr