AZ

Türkiyəli güləşçi Aleksandr Karelinin rekordunu yeniləyə bilər

Bakı, 21 aprel, AZƏRTAC

Türkiyənin yunan-Roma güləşçisi Rza Kayaalp karyerasında 13-cü Avropa çempionluğu üçün final görüşünə çıxacaq.

AZƏRTAC xəbər verir ki, 130 kiloqram çəkidə çıxış edən təcrübəli güləşçi Albaniyanın paytaxtı Tiranada keçirilən turnirin həlledici qarşılaşmasında macarıstanlı Darius Attila Viteklə üz-üzə gələcək. 36 yaşlı idmançı rəqibini məğlub edəcəyi halda rusiyalı Aleksandr Karelinin rekordunu (12) yeniləyəcək və Avropanın ən titullu yunan-Roma güləşçisi ünvanını ələ keçirəcək.

Qeyd edək ki, Rza Kayaalp Avropa çempionatının yarımfinalında belaruslu Pavel Qlinçukla qarşılaşıb. Türkiyəli idmançı 4:0 hesabı ilə öndə olarkən rəqibi onun sifətinə zərbə endirib. Bu səbəbdən Qlinçuk hakimlərin qərarı ilə diskvalifikasiya olunaraq texniki məğlubiyyət alıb.

Rza Kayaalp Avropa çempionatları tarixində 15-ci dəfə finalda mübarizə aparacaq. Təcrübəli idmançı indiyədək qitə birinciliklərində 12 qızıl və 2 gümüş medal qazanıb.

Seçilən
61
13
azertag.az

10Mənbələr