AZ

15 ildən sonra vəzifəsindən gedir

ain.az, Axsham.az saytına istinadən bildirir.

65 yaşlı Tim Kuk "Apple" şirkətinin baş icraçı direktoru vəzifəsindən gedir.

Axşam.az xəbər verir ki, onun yerini şirkətin avadanlıq üzrə baş vitse-prezident olan Con Ternus tutacaq.

Ternus sentyabrın 1-də vəzifəsinin icrasına başlayacaq. 2011-ci ildən şirkətin qurucusu Stiv Cobs xəstəlik səbəbindən istefa verdikdən sonra "Apple"a rəhbərlik edən Kuk isə direktorlar şurasının icraçı sədri olacaq. O bildirib ki, 50 yaşlı Con Ternus son 25 ildə şirkətdə çalışan şəxs kimi bu vəzifə üçün ən uyğun namizəddir.

Qeyd edək ki, Tim Kuk 1998-ci ildən "Apple"da işləyir. O, 15 il əvvəl baş icraçı direktor olub. Onun rəhbərliyi dövründə şirkətin gəliri 2011-ci ildəki 108 milyard dollardan ötən il 416 milyard dollara yüksəlib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
13
axsam.az

1Mənbələr