AZ

Qobustanda bir ailənin dörd üzvü ZƏHƏRLƏNDİ

Qobustan rayonunda bir ailənin 4 üzvü zəhərlənib.

Bizim.Media AZƏRTAC-a istinadən xəbər verir ki, Qobustan rayon sakinləri - 30 yaşlı X.Mədətova, 11 yaşlı F.Mədətova, 10 yaşlı M.Mədətov və 4 yaşlı A.Mədətov ilkin ehtimallara görə, yaşadıqları evdə dəm qazından zəhərlənərək xəstəxanaya yerləşdiriliblər.

Zərərçəkənlərə ilkin tibbi yardım göstərilib, hazırda müalicələri davam edir. Vəziyyətləri qənaətbəxş qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

Seçilən
6
18
bizim.media

10Mənbələr