Yunanıstanda keçirilən iqtisadi forumda Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bir araya gələcək.
Herbiand.az erməni mənbələrinə istinadən xəbər verir ki, hər iki rəsmi şəxs aprelin 22-də Yunanıstanın Delfi şəhərində keçiriləcək forumda iştirak edəcək.
Onların panel müzakirəsində görüşəcəyi bildirilir.
Birgə Panel müzakirəsi "Strateji ayırıcı xətlər: Avropanın Şərq qonşuluğunda münaqişələrin idarə olunması və dayanıqlığın artırılması" adlanır.
Qriqoryan və Hacıyevdən əlavə, paneldə Yunanıstan Baş nazirinin milli təhlükəsizlik müşaviri Tanos Dokos və Moldova Prezidentinin milli təhlükəsizlik müşaviri Stanislav Sekryeru da iştirak edəcək.