AZ

Yeni Konstitusiya Müstəqillik Bəyannaməsinə istinad etməməlidir - Paşinyan

Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, hökumətin hazırladığı yeni Konstitusiya layihəsində Müstəqillik Bəyannaməsinə istinad yer almamalıdır.

Day.Az ArmenPress-ə istinadən xəbər verir ki, Paşinyan mövcud Konstitusiyadan fərqli olaraq bu dəyişikliyin siyasi və regional sabitlik baxımından zəruri olduğunu vurğulayıb

Paşinyan qeyd edib ki, Müstəqillik Bəyannaməsində Qarabağ mövzusu əks olunduğundan, ona istinadın saxlanılması münaqişə məntiqinin davamı kimi qiymətləndirilə bilər. Bu isə, onun fikrincə, Azərbaycanla gərginliyin yenidən alovlanmasına və sülh prosesinin çətinləşməsinə səbəb ola bilər.

Baş nazir əlavə edib ki, Ermənistanın prioriteti beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində suverenlik, təhlükəsizlik və rifahın təmin olunmasıdır. O vurğulayıb ki, yeni Konstitusiya bu yanaşmanı əks etdirməli və ölkənin gələcək inkişafına xidmət etməlidir.

Seçilən
7
day.az

1Mənbələr