AZ

“Mançester Siti” 4 futbolçu ilə yolları ayırır – Adlar

“Mançester Siti” yay transfer dönəmində heyətdə ciddi dəyişikliklər planlaşdırır.

İdmanxeber.az-ın məlumatına görə, klubun Bernardo Silva və Con Stounz ilə yollarını ayıra biləcəyi artıq bildirilirdi.

Mövsümün sonunda Omar Marmuş və Ticani Reyncers də komandadan ayrılacaq. Hər iki futbolçu gözləntiləri doğrultmayıb və əsas heyətdə mövqeyini itirib.

Marmuş bu mövsüm 30 oyunda 6 qol, 3 assist, Reyncers isə 44 matçda 7 qol və 7 assistlə yadda qalıb.

Seçilən
19
idmanxeber.az

1Mənbələr