AZ

Deputatdan iki ölkəyə cavab: Tarixi səhvləri ilə üzləşsinlər!

ain.az, GlobalInfo portalına istinadən məlumat verir.

Həmçinin oxuyun:

Ermənilərdən ağlasığmaz Qarabağ təxribatı – Bakı hərəkətə keçəcək

“Niderland və Belçika parlamentlərinin nümayəndələr palataları yenə Azərbaycan əleyhinə qətnamələr qəbul ediblər. Bu, qəbuledilməzdir. Doğrudur, Belçikanın və Niderlandın Azərbaycandakı səfirləri Julyen de Frepon və Marian de Yonq ayrı-ayrılıqda Xarici İşlər Nazirliyinə (XİN) çağırıldılar. Lakin hesab edirəm ki, hər iki ölkənin parlamentləri tərəfindən eyni vaxtda, əlaqələndirilmiş şəkildə qəbul edilən bu qətnamələr regionda gedən sülh prosesinə ciddi təhdiddir”.

Globalinfo.az xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında deputat Tural Gəncəliyev deyib.

Deputat bildirib ki, bu, Azərbaycanın suverenliyinə qarşı yönəlmiş bir addımdır:

“Biz bunu qətiyyətlə rədd edirik. Hər iki ölkədə qəbul olunan bu sənədlərlə bağlı artıq parlamentimizin mövqeyi mətbuata açıqlanıb.

Qeyd etmək lazımdır ki, həmin qətnamələrdə regionda baş verən müsbət proseslərə, Azərbaycanın humanist təşəbbüslərinə, Ermənistana qarşı məhdudiyyətlərin aradan qaldırılmasına, eləcə də Azərbaycanın Ermənistana və ya tranzit yolu ilə göndərdiyi humanitar yardımlara, enerji resurslarına dair heç bir qeyd yoxdur. Bu isə açıq qərəzin göstəricisidir.

Adətən demokratiya və insan hüquqlarından danışan bəzi ölkələr praktikada bu prinsiplərə riayət etmirlər. Həmin parlamentlərdə çox vaxt keçmiş müstəmləkəçilik siyasəti və onun nəticələri müzakirə olunmur, əksinə, digər ölkələrə qarşı ittihamlar irəli sürülür.

Əgər tarixi faktlara nəzər salsaq, xüsusilə Belçikanın Konqo ilə bağlı müstəmləkəçilik dövrü, təbii sərvətlərin istismarı və ciddi insan hüquqları pozuntuları bu gün də beynəlxalq sənədlərdə qeyd olunur. Eyni şəkildə Niderlandın İndoneziya ilə bağlı müstəmləkəçilik tarixi də məlumdur.

Bu ölkələr əvvəlcə öz tarixi səhvləri ilə üzləşməli, ondan sonra digər dövlətlərə demokratiya və insan hüquqları ilə bağlı irad bildirməlidirlər.

Safura Bənnayeva

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
29
globalinfo.az

1Mənbələr