AZ

SON DƏQİQƏ: Bakı metrosunun bütün stansiyalarına GİRİŞ BAĞLANDI

Bakı Metropoliteninin bütün stansiyalarında sərnişinlərin girişinə müvəqqəti məhdudiyyət tətbiq edilib.

Titul.az xəbər verir ki, bu barədə qurum məlumat yayıb.

İlkin məlumata əsasən, bu gün saat 12:10 radələrində “Ulduz-Nərimanov” mənzilində təmas relsinə yüksək gərginliyin verilməsində nasazlıq yaranıb.

Təhlükəsizlik məqsədilə “Ulduz” və “Nərimanov” stansiyalarında sərnişinlərin təxliyəsi həyata keçirilir. Bu səbəbdən qatarların “Nərimanov-Əhmədli” istiqamətində hərəkəti məhdudlaşdırılıb.

Hazırda problemin aradan qaldırılması və gərginliyin bərpası istiqamətində tədbirlər görülür.

Əlavə məlumat veriləcək.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri

Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Seçilən
63
49
titul.az

10Mənbələr