AZ

AB: Ukraynaya 90 milyard avro kredit verilməsi ilə bağlı sabah müsbət qərar gözlənilir

Avropa Birliyinin (AB) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali nümayəndəsi Kaja Kallas bildirib ki, Macarıstan tərəfindən bloklanan 90 milyard avroluq Ukrayna kreditinə dair sabah müsbət qərarın qəbul olunacağı gözlənilir.

Marja xəbər verir ki, Kallas keçirilən Avropa Birliyi  xarici işlər nazirlərinin toplantısından əvvəl mətbuata açıqlama verib.

Ukraynanın sözügedən kreditə “həqiqətən ehtiyacı” olduğunu vurğulayan Kallas bildirib ki, bu maliyyə dəstəyi eyni zamanda Rusiyaya mühüm mesaj göndərəcək.

Onun sözlərinə görə, 90 milyard avroluq kreditlə bağlı sabah müsbət qərarın verilməsi gözlənilir.

Macarıstan hökuməti isə Drujba neft kəbəri vasitəsilə ölkəyə neft tədarükü bərpa olunana qədər Ukraynaya ayrılması planlaşdırılan 90 milyard avroluq AB kreditini bloklayacaqlarını açıqlamışdı.

Seçilən
3
1
marja.az

2Mənbələr