AZ

Tıxacda əks yola çıxan sürücülər vəziyyəti çıxılmaz həddə çatdırdı VİDEO

ain.az bildirir, Avtosfer portalına istinadən.

Paytaxtın Binəqədi rayonu, Xırman küçəsində qayda pozan bir qrup sürücü avtomobilin kamerasına düşüb.

Avtosfer.az-ın məlumatına görə, hadisə aprelin 20-də saat 07:55 radələrində qeydə alınıb. Görüntülərdən aydın olur ki, 99-EN-448 dövlət nömrə nişanlı “Ford Transit” markalı, 77-UF-326 dövlət nömrə nişanlı “KIA” markalı, 77-TE-519 dövlət nömrə nişanlı “Fiat” markalı və 99-KP-395 dövlət nömrə nişanlı “Toyota” markalı avtomobillərin sürücüləri sıxlıqdan yayınmaq məqsədilə əks istiqamətli hərəkət zolağına çıxıblar.

Sürücülər qarşı zolağın müvəqqəti boş olmasından istifadə edərək hərəkətlərini davam etdirsələr də, qısa müddət sonra əks istiqamətdən gələn nəqliyyat vasitələrinin yolunu kəsiblər. Nəticədə ərazidə nəqliyyat sıxlığı daha da artıb.

Kadrlarda həmçinin görünür ki, qayda pozan sürücülərdən biri dəfələrlə siqnal verərək görüntünü qeydə alan sürücüdən yol tələb edir. Qarşı tərəf ona qayda pozduğunu bildirdikdə isə sürücü “yol ver” deyərək hərəkətinə haqq qazandırmağa çalışır.

Nərmin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
5
avtosfer.az

1Mənbələr