AZ

Niyə büdcəyə dəymiş ziyanı bərpa etməkdə belə çətinliklər var?

"2025-ci ildə Hesablama Palatası tərəfindən həyata keçirilən 43 autidən cəmi 6 audit səmərəlilik audit olub".

Publika.az xəbər verir ki, bunu parlamentin bu günki iclasında deputat Vüqar Bayramov Hesablama Palatasının hesabatına münasibət bildirərkən deyib.

Deputatın fikrincə, bu o deməkdir ki, əvvəlki il ilə müqayisədə səmərəlilik auditinin sayında artım baş verməyib:

"Bu eyni zamanda o deməkdir ki, səmərəllik auiditinin ümümi auditlərin sayında payı cəmi 14.0 faiz olub. Səmərlilik auditin sayının az olması nəzarət mexanizmlərinin keyfiyyətinə birbaşa təsir göstərir. İNTOSAİ-in əsas tövsiyyələrindən biri də İnformasiya texnologiyası auditi aparılmasıdır. Amma hələ də Palata tərəfindən bu audit növündən istifadə olunmur. Halbuki bu auditdən istifadə nəzarətin miqyasının genişləndiriməsinə imkan yarada bilər.

Hesabatda Palata tərəfindən pre-auditing aparıldığı qeyd olunur. Bu zaman "Hesablama Palatası haqqında" Qanuna və İNTOSAİ P 1 maddə 2-ə istinad edilir. İNTOSAİ P 1 Lima bəyannaməsidir və daha çox pre və post-auditi özündə ehtiva edir. Palatanın fəaliyyət hesabatı ilə tanışlıq göstərir ki, büdcə və digər əlaqəli layihələrə rəy vermək pre-audit, icra sənədlərinə rəy isə post-audit kimi təqdim olunur. Bu sözügedən qanunun tələbidir və Lima bəyannaməsində bu tip rəylər pre və ya post auditlər kimi xarakterizə edilmir. Rəy ilə auditin fərqli meyarları var".

Seçilən
56
publika.az

1Mənbələr