AZ

Yeni dünyada dövlət iqtisadiyyatdan geri çəkilmir Tahir Mirkişili

ain.az bildirir, 525.az saytına əsaslanaraq.

“Azərbaycan kimi resursla zəngin, nəqliyyat dəhlizlərinin kəsişdiyi bir coğrafiyada yerləşən, amma eyni zamanda sənaye və qeyri-neft sektorunun inkişafı siyasəti həyata keçirən, iqtsadiyyatı diversifikasiya mərhələsində olan bir ölkə bu transformasiya xüsusi əhəmiyyət daşıyır».

Bunu fikri 525.az-a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili söyləyib. O bildirib ki, qeyri-neft sektorunda dövlətin katalizator rolunu oynayır. Sənaye zonaları, sənaye məhəlləri, aqroparklar, ixrac təşviqləri mexanizmləri vasitəsilə özəl sektorundəyər yaratma imkanlarının artırılması və.s. Enerji transformasiyası - yaşıl enerji və enerji saxlama texnologiyalarına dövlət dəstəyi vasitəsilə gələcəyin enerjiyə olan tələbatını ödəmək yönümündə mühüm infrastruktura sahib olmaq vacibdir. Logistika və tranzit imkanları -Orta Dəhliz və regional nəqliyyat layihələrində aktiv dövlət koordinasiyası vastitəsilə ixracatçılar üçün əlverişli şəraitin yaradılması mühüm əhəmiyyət kəsb edir:

“Yeni dünyada dövlət iqtisadiyyatdan geri çəkilmir – əksinə, onun rolu daha mürəkkəb və strateji xarakter almaqdadır. Dövlət artıq sadəcə qaydaları qoyan deyil, həm də oyunun istiqamətini müəyyən edən hakimə çevrilməkdədir. Artıq əsas məsələ dövlətin iqtisadiyyatda olub-olmaması deyil, necə və hansı keyfiyyətdə olmasıdır. Effektiv dövlət – çevik, rəqəmsal, strateji düşünən və özəl sektorla əməkdaşlıq edən dövlətdir. Məhz belə dövlətlər yeni qlobal iqtisadi nizamda rəqabət üstünlüyü əldə edəcək. Azərbaycanın dövlət modeli də bu prinsiplər üzərində qurulub. Dövlət başçısının iqtisadi siyasəti, formalaşmış iqtisadi qanunvericilik iqtisadiyyatda dövlətin yeni rolunun effektiv icra olunmasına şərait yaradır.  Azərbaycan dəfələrlə apardığı sürətli islahatlar və çevik siyasət ilə hər zaman uğurlara imza atıb və bunu bütün dünyaya sübut edib”.

Sevinc Qarayeva 

 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
32
525.az

1Mənbələr