AZ

ABŞ İran yaxınlığındakı hərbi gəmilərinin sayını 14-ə çatdırıb

Bakı, 21 aprel, AZƏRTAC

ABŞ Hərbi Dəniz Qüvvələrinin İran yaxınlığındakı Oman körfəzində və Ərəbistan dənizində yerləşdirdiyi döyüş gəmilərinin sayı 14-ə çatıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Birləşmiş Ştatların Hərbi Dəniz İnstitutunun informasiya xidməti məlumat yayıb. Bildirilir ki, zərbə qrupuna “USS Abraham Linkoln” təyyarədaşıyan gəmisi, göyərtəsində dəniz ekspedisiya batalyonu daşıyan üç böyük desant gəmisi, doqquz idarə olunan raket esminesi və sahil döyüş gəmisi daxildir. Gəmilər İran limanlarına daxil olan və ya oradan çıxan ticarət gəmilərinin blokadası üçün Oman körfəzindəki əməliyyatda iştirak edir.

Qrupu gücləndirmək üçün regiona “USS George H.W. Bush” təyyarədaşıyan gəmisi və daha üç raket esminesi də yola salınıb. Onlar hazırda Madaqaskar yaxınlığında Hind okeanından şimala doğru üzür. Bundan əlavə, Hörmüz boğazının minalardan təmizlənməsinə kömək etmək məqsədilə regiona bir qrup minaaxtaran gəmi gəlməlidir. ABŞ Hərbi Dəniz Qüvvələri İran tərəfindən qoyulmuş sualtı minaların axtarışı üçün orada pilotsuz sualtı aparatlar da yerləşdirib.

Seçilən
13
3
azertag.az

4Mənbələr