AZ

74 yaşlı kişi yıxılıb öldü

Göygöl rayonunda 74 yaşlı kişi yıxılaraq aldığı xəsarətdən ölüb.

"Yeni Sabah" xəbər verir ki, hadisə Yeni Zod kəndində olub.

1952-ci il təvəllüdlü Köçəri Məmmədov yaşadığı evin həyətində yıxılıb və boyun hissəsini dəmir şiferin kəsməsi nəticəsində ölüb.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Seçilən
69
6
yenisabah.az

2Mənbələr