AZ

Böyük sülh sazişinə doğru prosesi baltalamaq heç kimə nəsib olmayacaq Fazil Mustafa

Sherg.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

"Vaxtilə bu addımı Fransa da atmışdı. İndi isə bu mövqeyi Hollandiyaya, Niderlanda və Belçikaya ötürüb" "Onların özləri də sonradan anlayacaqlar ki, Azərbaycanla münasibətləri pozmağa dəyməz"

Belçika və Niderlandın Nümayəndələr Palataları 2026-cı il aprelin 16-da Azərbaycan-Ermənistan sülh prosesinə yönəlmiş qətnamələr qəbul ediblər. Bu sənədlər hər iki ölkənin birgə səyləri ilə regionda sülh və əməkdaşlıq mühitinin formalaşmasına zərbə vurmaq məqsədi daşıyır. Azərbaycan Milli Məclisi də məsələyə münasibətində qərəzli sənədləri kəskin şəkildə qınadığını və qətiyyətlə rədd etdiyini deyib.

Millət vəkili Fazil Mustafa Sherg.az-a bu qərarların məqsədyönlü şəkildə qəbul olunduğunu söyləyib:

"Azərbaycanla Ermənistanın vasitəçilərsiz müəyyən problemləri həll etmə niyyəti bəzi dairələri narahat edir. Yəqin ki, məhz bu məqsədlə belə addımlar atılır. Lakin bunların heç bir faydası yoxdur.

Davam edən prosesləri, böyük sülh sazişinə doğru inkişaf edən münasibətləri bu şəkildə baltalamaq heç kimə nəsib olmayacaq. Çünki bu məsələdə uzaqda olan qüvvələr təsir imkanlarından məhrumdurlar, yaxın məsafədə olanların isə bu istiqamətdə atdığı maneə yaradan addımlar artıq müşahidə olunub. Lakin onların heç biri konkret bir problemi aradan qaldırmaqda rol oynaya bilməyib".

Parlamentari vurğulayıb ki, bu cür qətnamələr həmin dövlətlərin özləri üçün də problem yaradacaq: 

"Vaxtilə bu addımı Fransa da atmışdı. İndi isə bu mövqeyi Hollandiyaya, Niderlanda və Belçikaya ötürüb. Onların özləri də sonradan anlayacaqlar ki, Azərbaycanla münasibətləri pozmağa dəyməz.

Ermənistan üçün də bu addımlar faydalı deyil. Çünki rəsmi İrəvan da müəyyən jestlərlə prosesə digər ölkələrin qarışmasını arzulamadığını göstərməyə çalışır. Ermənistan Azərbaycanla birbaşa dialoq vasitəsilə məsələnin həllinə üstünlük verir. Bu səbəbdən də bütün bunlar faydasız və mənasız düşmənçilik addımlarıdır. Azərbaycan bunu qətiyyətlə rədd edir".

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
15
sherg.az

1Mənbələr