AZ

Birinci rübdə 80 minə yaxın mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb

Bakı. Trend:

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətitərəfindən 2026-cı ilin yanvar-mart ayları ərzində daşınmaz əmlaküzərində 79.921 mülkiyyət hüququ qeydiyyata alınaraq çıxarışlatəmin edilib.

Trend dövlətxidmətinə istinadən xəbər verir ki, qeydiyyata alınan mülkiyyəthüququnun 14.256-sı (17,8 %) ilkin, 65.665-i (82,2 %) isə təkrarqeydiyyatın payına düşür.

Mülkiyyət hüquqlarının əmlaklar üzrəstatistikası

2026-cı ilin yanvar-mart ayları ərzində fərdi yaşayış və bağ eviüzərində – 17.029, mənzil – 19.063, torpaq sahəsi – 40.894,qeyri-yaşayış binası – 753, qeyri-yaşayış sahəsi – 2.029, əmlakkompleksi – 125 və çoxmərtəbəli yaşayış binaları üzərində – 28mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb. Bu dövrdəqeydiyyata alınan mülkiyyət hüquqlarının 20.540-ı Bakı şəhərinin,qalan hissəsi isə bölgələrin payına düşür.

Texniki pasport və ipoteka müqavilələrininsayı

Bu ilin yanvar-mart ayları ərzində 56.272 texniki pasport tərtibedilib, 13.548 ipoteka müqaviləsi qeydiyyata alınıb.

Qeyd edək ki, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri”publik hüquqi şəxsi tərəfindən göstərilən ümumi xidmətlər üzrə cariilin birinci rübü ərzində 800 minə yaxın müraciət olunub, bunun 450minə yaxını elektron xidmətlər təşkil edib.

Məqalədə:
Seçilən
37
1
az.trend.az

6Mənbələr