AZ

Xarici səyahətlər: Azərbaycan vətəndaşlarının 2026-cı ilin ilk rübündə getdiyi ölkələr və nəqliyyat vasitələri  

2026-cı ilin yanvar-mart aylarında xarici ölkələrə 452,6 min Azərbaycan vətəndaşı səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,5 faiz azdır. Dövlət Statistika Komitəsinin məlumatına görə, xaricə səfər edənlərin 40,2 faizi Türkiyəyə (ötən ilin eyni dövrü ilə müqayisədə 6,4 faiz artım), 15,6 faizi Rusiya Federasiyasına (4,0 faiz azalma), 10,2 faizi Gürcüstana (11,0 faiz azalma), 9,3 faizi İrana (15,8 faiz azalma), 24,7 faizi isə digər ölkələrə (8,7 faiz azalma) gedib.

Səyahət edənlərin 66,3 faizini kişilər, 33,7 faizini qadınlar təşkil edib.

Nəqliyyat vasitələri üzrə bölgüyə baxdıqda, xarici səfərlərin 69 faizi hava, 29 faizi dəmir yolu və avtomobil, 2 faizi isə dəniz nəqliyyatından istifadə olunmaqla həyata keçirilib. Bu məlumatlar göstərir ki, Azərbaycan vətəndaşlarının xarici səfərləri əvvəlki illə müqayisədə müəyyən azalma nümayiş etdirsə də, əsas istiqamət olaraq qonşu və yaxın region ölkələrinə yönəlir.

Züleyxa ƏLİYEVA, 

“Azərbaycan”

Seçilən
25
azerbaijan-news.az

1Mənbələr