53 nömrəli şəhərdaxili marşrut üzrə bütün avtobuslar yenilənir.
XQ xəbər verir ki, bu barədə AYNA məlumat yayıb.
Bildirilir ki, aprelin 22-dən marşrut üzrə 10 müasir, ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz olunan avtobus sərnişinlərin xidmətində olacaq.
Qeyd edilib ki, marşrut xəttində avtobusların bir qismi ötən ilin noyabrında yenilənmişdir. Daşıyıcı tərəfindən yeni avtobuslar gətirilərək xəttə əlavə olunur.
Avtobuslarda ödəniş nağdsız qaydadadır. Gedişhaqqı 0,60 AZN müəyyən edilib.