Bakı. Trend:
Aprelin 21-də Nizami Kino Mərkəzində “Sirli xəritə. Şamaxımacəraları” animasiya filminin təqdimatı olub.
Trend xəbərverir ki, Heydər Əliyev Fondunun dəstəyi, “Harmony of Chaos”animasiya və vizualizasiya studiyası və “BBQ Marketing and Events”Agentliyinin əməkdaşlığı ilə hazırlanan animasiya filmitamaşaçıları Azərbaycanın müxtəlif bölgələrinə maraqlı səyahətəaparır.
“Harmony of Chaos” animasiya və vizualizasiya studiyasınınrəhbəri, “Sirli xəritə. Şamaxı macəraları” animasiya filmininprodüseri və rejissoru Ağarəhim İbrahimov çıxışında layihə barədəməlumat verib. O bildirib ki, layihə bir neçə hissədən ibarətolacaq və hər hissədə qəhrəmanlar ölkəmizin tarixini, mədəniyyətinivə irsini kəşf edəcəklər.
“Hədəfimiz uşaqlara tariximizi rəngarəng macəralar və maraqlıhadisələr vasitəsilə sevdirməkdir”,- deyə A. İbrahimovsöyləyib.
Sonra animasiya filminin hazırlanma prosesini və maraqlıməqamlarını əks etdirən videoçarx nümayiş olunub.
“Şamaxı macəraları” adlanan ilk hissənin süjeti bir ailəninhekayəsi üzərində qurularaq izləyiciləri qədim Şamaxının tarixi iləyaxından tanış edir. Əsas qəhrəmanlar - nənə, baba və üç nəvəölkəmizi kəşf edərək, Şamaxının tarixini, mədəniyyətini və sirliməqamlarını öyrənirlər. Sehrli hadisələr onları keçmişə aparır vəAzərbaycanın zəngin irsini onlara canlı şəkildə göstərir.
Animasiya filminin prodüseri və rejissoru Ağarəhim İbrahimovbildirib ki, bu cür layihələr uşaqlarda Azərbaycana olan sevginidaha da artıracaq. "Qədim Şamaxının tarixi barədə olan bu 10dəqiqəlik animasiya filmi üzərində 10 aydır işləyirik. Ekran işimaraqlı vizual həlli ilə uşaqların diqqətini cəlb edəcək", - deyə oəlavə edib.
Animasiya filmində 3D animator kimi çalışan Rüfət İsmayılov isədeyib ki, cizgi filminin ərsəyə gəlməsi həm maraqlı, həm dəəyləncəli olub. O qeyd edib ki, “Sirli xəritə” animasiyasıserialdır və davamlı olacaq.
"Filmin bu hissəsində personajlar Şamaxıya səyahət edərək, qədimadət-ənənələrimizə şahid olurlar. Növbəti hissələr isə Azərbaycanındigər mədəniyyət guşələrinə həsr olunacaq", - deyə o diqqətəçatdırıb.
Dinamik şəkildə hazırlanan filmdə personajlarınsəsləndirilməsində, səhnələrin emosional təsirini gücləndirməkməqsədilə xüsusi musiqi və səs effektlərindən istifadə edilib.