AZ

Harvarddan inqilabi tezis: İnsan ömrü limitsiz ola bilər

Məşhur genetik David Sinclair insan ömrünün gələcəyi ilə bağlı sensasion hesab olunan açıqlama ilə çıxış edib. Alimin fikirləri elmi ictimaiyyətdə geniş müzakirələrə səbəb olub.

Musavat.com-un məlumatlna görə, Harvard Tibb Məktəbinin professoru olan alim bildirib ki, qocalma əslində bioloji qaçılmazlıq deyil, hüceyrələrdə informasiyanın itirilməsi prosesidir. Onun sözlərinə görə, bu məlumatın bərpası mümkün olarsa, insan orqanizmini yenidən cavanlaşdırmaq mümkündür.

Sinclair qeyd edib ki, artıq laboratoriya şəraitində insan dərisi və heyvanların göz toxumalarında uğurlu gəncləşdirmə təcrübələri həyata keçirilib və yaxın aylarda ilk klinik sınaqların insan üzərində başlanması gözlənilir.

Alim hazırkı mərhələni aviasiyanın başlanğıcı ilə müqayisə edərək vurğulayıb ki, bəşəriyyət böyük sıçrayışın astanasındadır. Onun fikrincə, “biz sonuncu nəsilik ki, qocalıqdan ölə bilərik və eyni zamanda ilk nəsilik ki, potensial olaraq sonsuz yaşaya bilərik”.

 

Musavat.com

Seçilən
19
50
musavat.com

10Mənbələr