AZ

Azərbaycanın kimya sənayesi məhsulları ixracından gəlirləri məlum olub

Bakı. Trend:

Bu ilin yanvar-mart aylarında Azərbaycandan xaricə 112,046 minton kimya sənayesi məhsulları ixrac edilib.

Trend bubarədə Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu miqdarda kimya sənayesi məhsullarınınixracından əldə olunan gəlir 46,436 milyon ABŞ dolları olub.

Sözügedən məhsulların ixracı ötən ilin eyni dövrü ilə müqayisədəhəcm ifadəsi ilə 159,7 min ton və ya 2,4 dəfə, dəyər ifadəsi ilə40,8 milyon ABŞ dolları, yaxud da 1,9 dəfə azalıb.

Kimya sənayesi məhsullarının ixracı cari ilin ilk 3 ayınınixracına nisbətən 0,86%-ni, qeyri-neft sektoru üzrə ixracınanisbətən isə 5,39%-ni təşkil edib.

Bu ilin birinci rübündə kimya məhsullarından 2,4 milyon ABŞdolları dəyərində 12,2 min ton metanol (metil spirti) ixrac edilib.Bu isə ötən ilin eyni dövrü ilə müqayisəə dəyər baxımından 25,8milyon ABŞ dolları və ya 11,5 dəfə, həcm ifadəsində isə 78,5 minton və ya 7,4 dəfə azdır.

Metanol ixracı bu ilin yanvar-mart ayları üzrə ixracın 0,05%-ni,qeyri-neft sektoru üzrə ixracının isə 0,28%-ni təşkil edib.

Bundan başqa, dövr ərzində kimya məhsullarından 28,9 milyon ABŞdolları dəyərində 81,9 min ton azot gübrəsi ixrac edilib ki, bu daötən ilin eyni dövründəki göstərici ilə müqayisədə dəyər ifadəsində19,1 milyon ABŞ dolları və ya 1,7 dəfə, həcm baxımından isə 9,4 minton və yaxud 2 dəfə azdır.

Azot gübrəsi ixracı ölkənin cari ilin birinci rübü üzrə ixracanisbətən 0,53%-ni, qeyri-neft sektoru üzrə ixracına nisbətən isə3,35%-ni təşkil edib.

Məqalədə:
Seçilən
83
50
az.trend.az

10Mənbələr